Rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov dünya üçün yüksək ölümlə nəticələnəcək yeni epidemiyanı proqnozlaşdırıb.
SİA-nın məlumatına görə, bu barədə həkim öz Telegram kanalında yazıb.
Həkim insanların COVID-19 kimi bir epidemiyaya hazır olmadığını bildirib. Xüsusilə, onlarla mübarizə aparacaq universal bir peyvənd yoxdur:
A.Myasnikovun sözlərinə görə, bəşəriyyət üçün məhz qrip - quş ya da donuz qripi təhlükəsi var: "Viroloqların yazdıqları kimi: bir-iki mutasiyadan sonra bizi ciddi bir epidemiya gözləyir!"