Bakıda güclü yanğın başlayıb

29 Noyabr 2020 16:25 (UTC+04:00)

Bakıda yeni tikilən obyekt yanır. SİA-nın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilir ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən yeni tikinti obyektində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir