Abşeronda "Volkswagen" yanıb

29 Noyabr 2020 09:29 (UTC+04:00)
Abşeron rayonunda minik avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində "Volkswagen" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.