Fransada qeydə alınan koronavirusa yoluxma faktlarının sayı 2,2 milyonu keçib

29 Noyabr 2020 06:06 (UTC+04:00)
Fransada qeydə alınan koronavirus infeksiyasına yoluxma faktlarının sayı 2,2 milyonu keçib. SİA-nın məlumatına görə, bu barədə ölkənin sanitariya agentliyi "Sante Publique" xəbər verib. Bildirilir ki, son sutkada respublikada xəstələrin sayı 12,5 mindən çox artıb. Ümumi infeksiyaya yoluxma hallarının sayı 2.208.699-a çatıb. Ölkədə pandemiya başlayandan 52 127 nəfər sözügedən virusun qurbanı olub, onlardan 213 nəfəri son sutkada ölüb.