Paşinyana vaxt verildi ŞOK ULTİMATUM

28 Noyabr 2020 15:48 (UTC+04:00)

Çağırış edənlərin valideynləri baş nazirə 2 gün vaxt veriblər və əks halda, həddindən artıq kəskin tədbirlərə əl atacaqlarını bəyan ediblər. SİA Ermənistana məxsus aysorşam saytında yayımlanan məlumata istiadən xəbər verir ki, çağırışçıların valideynləri baş nazirə ultimatum təqdim ediblər və valideynlər hökumət başçısına Ermənistan İctimai Televiziyasının efirində suallarını aydın şəkildə cavablandırması üçün iki gün vaxt verdiklərini bildiriblər.

Məlumatda qeyd olunur ki, əks təqdirdə, onlar Ermənistandakı mövcud vəziyyətin mənafelərindən çıxış etməyən ifrat addımlar atmağa məcbur olacaqlarını bəyan ediblər. Onlardan, nə etmək istədiklərini soruşduqda, valideynlər cavab vediblər ki, bu artıq onların işidir.
Xatırladaq ki, bu gün çağırışçıların valideynləri yenidən Ermənistan hökumətinin binasının qarşısına toplaşıblar. Xidmətlərini davam etdirmək üçün onlar övladlarının Dağlıq Qarabağdan Ermənistana köçürülməsini tələb edirlər.