Şəmkirdə ağır qəza: ölən və yaralı var

28 Noyabr 2020 13:07 (UTC+04:00)

Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində "VAZ-21074" və "Chevrolet-Niva" markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 27-də saat 13 radələrində Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində rayon sakini Ceyhun Ələkbərlinin idarə etdiyi "VAZ-21074" və Qazax rayon sakini N.Bayramovun idarə etdiyi "Chevrolet-Niva" markalı avtomobillər toqquşub. Nəticədə C.Ələkbərli aldığı xəsarətlərdən hadisə yerində ölmüş, digər sürücü isə xəstəxanaya yerləşdirilib. Şəmkir RPİ tərəfindən araşdırma aparılır.