Keçmiş məhkum avtomobilləri qarət etdi

28 Noyabr 2020 13:02 (UTC+04:00)

Binəqədi rayonu ərazisində 2 avtomobildən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Teymurov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən pul, videoqeydiyyat qurğusu və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Teymurov saxlanılıb.