Bakıda restorandan oğurluq edildi

28 Noyabr 2020 12:52 (UTC+04:00)

Nəsimi rayonu ərazisindəki restoranların birindən 5 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən N.Şahbazlı saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki restoranların birindən 5 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş N.Şahbazlı saxlanılıb.