Kitabxana “Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb

28 Noyabr 2020 13:45 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Qarabağ tarixinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb.

İdarədən SİA-ya bildirilib ki, videoçarxı Mərkəzi Kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri A.İsmayılova səsləndirib.

Videoçarxda bu bölgədə aşkar olunan ən qədim insan məskənləri və əzəli torpağımız Qarabağ haqqında məlumat verilib.