Röyadan dostlarına sərt sözlər: "Bu, xəstəlikdir, pozğunluq deyil" FOTO

28 Noyabr 2020 12:12 (UTC+04:00)

Xalq artisti Röya Ayxan dostlarına səslənib. SİA-nın məlumatına görə, müğənni dostlarının koronavirus infeksiyasına yoluxduğunu və hamıdan gizlətdiklərini açıqlayıb: "Sözüm koronavirus tutan və fərqində olmayan, olsa belə gizlədən dostlarıma, tanışlarımadır. Nasazlıq hiss edəndə gizlətməyin. Bu, xəstəlikdir, pozğunluq deyil. Evimizdə xəstə valideynlərimiz var, sizin əlinizdən atama baş çəkə bilmirəm. Elə gizlədirsiniz ki, elə bil bilsək, sizi insan alverinə dəvət edəcəklər".