İki gəmi toqquşub, ölən və xəsarət alanlar var

28 Noyabr 2020 11:26 (UTC+04:00)

Yaponiyanın Sakit okean sahillərində yük və balıqçı gəmiləri toqquşub. SİA-nın xəbərinə görə, qəza şənbə gününə keçən gecə İbaraki prefekturasının Kaşima limanında baş verib. Dəniz Təhlükəsizliyi İdarəsi bildirib ki, "№5 Fudomaru" balıqçı gəmisi toqquşmadan sonra çevrilib və 12 nəfər suya düşüb. Onların hamısı xilas edilib. Toqquşma zamanı beş nəfər xəsarət alıb. Onlar xəstəxanalara çatdırılıb. Qeyd edilir ki, xəsarət alanlardan biri xəstəxanada ölüb. Hadisə zamanı yük gəmisində olanlardan heç kim xəsarət almayıb.