Koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin Belarusda aparılan klinik sınaqları 95 % effektiv olub.
SİA xəbər verir ki, bunu Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev “Rossiya 24” kanalına müsahibəsində deyib.
Səfir bildirib ki, sınaqlar 100 Belarus vətəndaşı arasında aparılıb: “Rusiya istehsalı olan vaksininin yüksək effektivliyi özünü göstərib - təxminən 95%. Bu, çox əhəmiyyətli nəticədir”.