Argentinada milli komandanın keçmiş futbolçusu Dieqo Maradonanın ölümü ilə bağlı araşdırma başlayıb.
SİA-nın məlumatına görə, bu barədə Todo Noticias xəbər verib.
Məlumata əsasən, müstəntiqlər oyunçuya baxan tibb işçilərini səhlənkarlıqda şübhəli bilirlər. Hakimiyyət orqanları ölüm günü səhər tezdən idmançını oyatmayan tibb bacısının hərəkətlərinə şübhə ilə yanaşıb. Həmin vaxt tibb bacısı ona dərman verməli idi.