Cümə günü Rusiyanın Krasnodar Diyarında 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə Ust-Labinsk bölgəsində baş verib.
Regional Əməliyyat xidmətinin məlumatına görə, dəmir yolu keçidində yük qatarı ilə “Lada Priora” markalı minik maşını toqquşub.
Qəzanın səbəbi araşdırılır.