Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır FOTO

27 Noyabr 2020 16:34 (UTC+04:00)

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumatda deyilir ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.

Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.