Qonşu ölkədə 5 minə yaxın tibb işçisi koronavirusa yoluxub

27 Noyabr 2020 16:22 (UTC+04:00)

Gürcüstanda tibbi heyət arasında koronavirusa 5 minə yaxın yoluxma halı təsdiqlənib. SİA-nın xəbərinə görə, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib. O, tibb işçilərinin daha çox ev şəraitində yoluxduğunu deyib. Nazir müavininin sözlərinə görə, səhiyyə işçiləri arasında COVID-19-a ən çox yoluxma halları sentyabr ayının sonunda qeydə alınıb: "Onların böyük əksəriyyəti artıq sağalaraq işə qayıdıb".