Dünya seriyasının mərhələ yarışı harada keçiriləcək?

27 Noyabr 2020 16:11 (UTC+04:00)

Martın 19-21-də Kazanda suya tullanma üzrə dünya seriyasının mərhələ yarışları keçiriləcək. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) mətbuat xidməti məlumat verib.

Keçən mövsüm Kazanda keçirilməli olan mərhələ yarışı koronavirus pandemiyası səbəbindən ləğv edilib. 2021-ci ildə dünya seriyasının digər mərhələ yarışları Çinin Çjuxae (26-28 fevral), Çian (5-7 mart) və Kanadanın Monreal (5-7 mart) şəhərlərində baş tutacaq.