Xatundan ona sərt sözlər: "Bayraq sizin cehizlik xalatınız deyil!"

27 Noyabr 2020 16:26 (UTC+04:00)

Müğənni Xatun Əliyeva efirə Azərbaycan Bayrağına bürünüb, çıxan ifaçını sərt tənqid edib. SİA-nın məlumatına görə, o, bu sözləri dilə gətirib: "Durun, rədd olun. Bayrağa toxunmağa çəkinirik. Biz şəhidləri bayrağa bükürük. Bunlar isə əyinlərinə geyinirlər.

Bayraqla bağlı qərar qəbul olunmalıdır ki, belə paltar geyinmək olmaz. Bayraq sizin cehizlik xalatınız deyil!"