La Liqa oyunlarına azarkeşlər buraxıla bilər

27 Noyabr 2020 15:17 (UTC+04:00)

Futbol üzrə İspaniya La Liqasında azarkeşlər bəzi oyunlarda iştirak edə bilərlər.

SİA xəbər verir ki, bu barədə yarışın prezidenti Xavyer Tebas "Football Espana" nəşrinə açıqlamasında deyib.

Funkioner bildirib ki, fanatların tribunalara qayıtması üçün İspaniya hökumətinə müraciət edəcəklər. "3 minə yaxın azarkeşin oyunlarda iştirakı üçün qarşılıqlı müzakirə aparacağıq. İspaniyada azarkeşləri etibarlı şəkildə yerləşdirməyin mümkün olduğu Madrid şəhəri, Kanar və Balear adaları kimi bölgələr var. Hökumət qaydaların ölkə daxilində eyni olmasını istəyir. Amma bu, mümkün deyil".

Qeyd edək ki, hazırda İspaniyada bütün futbol matçları koronavirus səbəbindən azarkeşsiz keçirilir.