Koronavirusa yoluxan məşhur məşqçi reanimasiyadadır

27 Noyabr 2020 13:49 (UTC+04:00)

Türkiyənin məşhur futbol məşqçisi Yılmaz Vural növbəti dəfə koronavirusa yoluxub.

SİA "NTV Spor"a istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis xəstəxanaya yerləşdirilib.

Hazırda onun müalicəsi reanimasiyada davam etdirilir.

Qeyd edək ki, Yılmaz Vuralın koronavirus testi iyul ayında da müsbət çıxmışdı.