Putinin ənənəvi mətbuat konfransı dekabrın 17-də keçiriləcək

27 Noyabr 2020 12:41 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinin illik mətbuat konfransı dekabrın 17-də keçiriləcək.

SİA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar tədbir videokonfrans formatında keçiriləcək. Prezidentin Novo-Oqaryovodakı iqamətgahından müraciət edəcəyi gözlənilir.

Konfransda iştirak etmək üçün jurnalistlərin akkreditasiyası noyabrın 29-dan başlayacaq.