"Qarabağ – mədəniyyətimizin beşiyi”: Xanabert qalası

27 Noyabr 2020 12:34 (UTC+04:00)

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

SİA-nın məlumatına görə, Xanabert qalası Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastrının cənub tərəfində yerləşən tarix-memarlıq abidəsidir.