Paşinyan xalqa fövqəladə müraciət etməyə hazırlaşır ANONS

27 Noyabr 2020 12:26 (UTC+04:00)

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan öz xalqına müraciət etmək üçün telemüraciət hazırlayır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, erməni baş nazirin müraciəti yaxın bir saat ərzində yayımlanacaq.

Məlumatda qeyd olunur ki, hal-hazırda Ermənistanın baş naziri Nikol Paşinyan müraciətin mətnini hazırlayır və müraciət dövlət televiziyası kanalları ilə transyasiya ediləcək.