Meksika Senatı prezidentin toxunulmazlığının ləğv edilməsini təsdiqləyib

27 Noyabr 2020 06:08 (UTC+04:00)

Meksika Senatı ölkə prezidentinin toxunulmazlığının ləğv edilməsini təsdiqləyib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Meksika Senatının "Twitter" hesabında bildirilir.

Məlumata əsasən, prezidentin toxunulmazlığına dair konstitusiya islahatı layihəsinin lehinə 89, əleyhinə isə 23 senator səs verib.

Bildirilir ki, prezidentə qarşı açılan cinayət işi məhkəməyə göndərilməmişdən əvvəl dövlət başçısı Senatın qarşısında çıxış etməli olacaq.