Kənan Hacıqabul rayonu ərazisində bıçaqlandı

27 Noyabr 2020 00:19 (UTC+04:00)

Hacıqabul rayonu ərazisində bıçaqlanma olub. SİA xəbər verir ki, hadisə içki məclisində qeydə alınıb.

Hacıqabul şəhəri, Z.Tağıyev küçəsi 107 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Quliyev Kənan Yalçın oğlu tanışı tərəfindən aralarında yaranmış münaqişə zəminində bıçaqlanıb. K.Quliyev 3 bıçaq yarası ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.