"Euronews" telekanalı erməni işğalından azad edilmiş Ağdamla bağlı süjet hazırlayıb

26 Noyabr 2020 22:36 (UTC+04:00)

"Euronews" telekanalı Azərbaycanın erməni işğalından azad edilmiş Ağdam rayonu ilə bağlı süjet hazırlayıb.

SİA-nın məlumatına görə, süjetdə qeyd edilir ki, Ağdam üzərində nəzarəti bərpa edən Azərbaycan əraziləri minalardan təmizləməyə başlayıb:

"Ağdamın minalardan təmizlənməsi və infrastrukturun bərpası üçün illər lazım olacağı ehtimal edilir".