Ermənistan ordusunun itkisi 10 min nəfərdən çoxdur - Neil Hauer

26 Noyabr 2020 18:07 (UTC+04:00)

ABŞ-ın AP xəbər agentliyinin əməkdaşı Ermənistanın müharibədəki itkilərinin sayı ilə bağlı məlumat verib. SİA xəbər verir ki, CNN, "Al Jazeera" və "Guardian" kimi media təşkilatlarına müxbirlik edən Neil Hauer 44 günlük müharibədə Ermənistan ordusunun 10 minə yaxın itki verdiyini təxmin etdiklərini açıqlayıb.

O, xüsusilə Şuşada qalaq-qalaq toplanmış erməni əsgərlərin cəsədlərini diqqətə çatdırıb. Bəzi ərazilərdə hələ erməni əsgərlərin cəsədlərinin qaldığını bildirib.