Kəlbəcərlilərin, bütün Azərbaycan, bütün Türk xalqının gözü aydın!

26 Noyabr 2020 15:16 (UTC+04:00)

Ali Baş Komandanımız, Prezident İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa xoş müjdəli müraciətini eşidən nəinki kəlbəcərlilər, bütün Azərbaycan xalqı, bütün Türk xalqı böyük təntənə ilə sevinclərini nümayiş etdirdilər.

Gəncə şəhəri ərazisində Kəlbəcərdən olan məcburi köçkünlər və yerli əhali “Qarabağ Azərbaycandır!”, “Kəlbəcər bizimdir!”, “Yaşasın İlham! Əliyev”, “Yaşasın Ali Baş Komandan!”, “Yaşasın Güclüu Ordumuz!”, “Yaşasın əsgər və zabitlərimiz!” şüarları ilə küçələrə axışaraq “Şəhidlərimiz ölmür!” qışqıraraq Azərbaycanın Dövlət Bayrağını dalğalandırırlar. Şəhərin küçə və prospektlərində avtomobillərdə uçrəngli bayraqlarımız dalğalanıb. Bu sevinclə hamı bir-birilərini təbrik edib. Biz də kəlbəcərlilərin sevincinə qoşularaq deyirik: Gözünüz aydın kəlbəcərlilər! Gözümüz aydın Azərbaycan xalqı! Gözünüz aydın bütün Türk xalqı!

R.HÜSEYNOVA