Bülbül həbs olundu - TERRORÇULUQ

26 Noyabr 2020 14:35 (UTC+04:00)

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) Antalya üzrə millət vəkili Kamal Bülbül həbs edilib. SİA xəbər verir ki, o, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilib.

Deputat Diyarbəkir 4-cü Ağır Məhkəməsinin qərarı ilə 6 il 3 ay müddətində azadlıqdan məhrum edilib.