13 müsəlman ölkəsinin vətəndaşlarına BƏƏ-yə giriş qadağan edildi

26 Noyabr 2020 14:31 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bir sıra müsəlman ölkələri ilə viza rejimini dayandırıb. SİA xəbər verir ki, 18 noyabr tarixindən etibarən Türkiyə və səkkiz ərəb ölkəsi də daxil olmaqla, ümumilikdə 13 ölkənin vətəndaşlarına yeni vizaların verilməsinin sonrakı mərhələyə qədər dayandırılmasına qərar verilib.

Belə bir addıma hansı səbəblə qərar verildiyi isə açıqlanmayıb.

Qeyd edək ki, verilmiş qərar Yəmən, Suriya, İraq, Liviya, Əfqanıstan, Pakistan, Somali, Livan, Kenya, Tunis, Əl- Cəzair, Türkiyə və İran vətəndaşlarına aiddir.