101 yaşlı qadın koronavirusdan sağaldı

26 Noyabr 2020 14:34 (UTC+04:00)

Gürcüstanın Kutaisi şəhərində koronavirusa yoluxan 101 yaşlı qadın sağalıb. SİA-nın xəbərinə görə, uzunömürlü noyabrın 20-dən xəstəxanada müalicə olunub. Qadında yüksək temperatur və ikitərəfli pnevmoniya olub. Pasiyent yaxın günlərdə evə yazılacaq.