Paşinyan istefa verir?

26 Noyabr 2020 14:25 (UTC+04:00)

“Baş verənlərə görə mən məsuliyyət daşıyıram, amma gələcəyimi düşünməliyəm”. SİA xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan hökumətinin iclasında deyib.

N.Paşinyan istefa verməyəcəyini və ölkə gələcəyinin qurulması üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib: “Ermənistanın hazırkı hakimiyyəti baş verənlərdən cavabdehdir, lakin ölkənin gələcəyi barədə düşünməlidirlər. Mən gələcəyə görə məsuliyyət daşıdığımı dərk edirəm”.

Qeyd edək ki, hazırda Ermənistan parlamentinin inzibati binası qarşısında Paşinyanın istefası və hərbi vəziyyətin ləğvi tələbi ilə etiraz aksiyaları keçirilir.