Onlar "Qarabağın səsi" üçün bir araya gələcəklər

26 Noyabr 2020 14:30 (UTC+04:00)

Sənət aləminin tanınmış simaları "Qarabağın səsi" layihəsində bir araya gələcəklər. SİA-nın məlumatına görə, xeyriyyə məqsədilə təşkil olunan layihədə Xalq artistləri Alim Qasımov, Nazpəri Dostəliyeva, Əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Elşən Xəzər, Ülviyyə Namazova və başqaları yer alacaqlar.

"Wediacorp"un dəstəyilə planlaşdırılan tədbirdə əldə olunacaq gəlir Qarabağ müharibəsi zamanı zərər görən, ailə üzvlərini və evlərini itirənlərə veriləcək.

Konsert proqramı noyabrln 28-də olacaq. "Facebook", "İnstagram", "YouTube" kimi bir çox sosial platformada eyni vaxtda yayımlanacaq. Müğənnilər vətənpərvərlik mövzusunda olan mahnılarını bu dəfə "Qarabağın səsi" üçün oxuyacaqlar.