Neftçala sakinindən silah götürülüb

26 Noyabr 2020 13:32 (UTC+04:00)

Neftçala rayon sakini Ş.Nəsirovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Neftçala RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Boyat kənd sakini Ş.Nəsirovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.