Mağazadan oğurluq edildi

26 Noyabr 2020 13:13 (UTC+04:00)

Ağdaş şəhəri ərazisindəki mağazaların birindən pul və bank kartı oğurlamaqda şübhəli bilinən R.Hacıyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də şəhər ərazisindəki mağazaların birindən 550 manat pul və bank kartı oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini R.Hacıyev saxlanılıb.