"Şəhid" əsgərimiz sağ imiş - ŞAD XƏBƏR

26 Noyabr 2020 15:35 (UTC+04:00)

Şəhid hesab olunan əsgərimizdən şad xəbər var. SİA xəbər verir ki, həmin əsgər əslən Laçın rayonundan olan Mehman Vüqar oğlu Cümşüdlüdür. O, Murovda ermənilərin müşahidə postunu dağıdaraq, Zəngilanda yaralanmasına baxmayaraq 4 gün ac-susuz döyüşüb.

Onu hamı itkin, şəhid bilirdi. Amma 4 gün sonra məlum olub ki, qəhrəmanımız vuruşa-vuruşa özünü xilas edib və arxada qalan dostlarını axtarıb tapıb. Ermənilər onu dəfələrlə pusquya salmaq istəsə də, o, məharətlə oradan çıxmağı bacarıb.

Böyük şücaət göstərən əsgərmiz hazırda sağalmaq üzrədir.