“Xankəndi necə Stepanakert oldu” xarici KİV-də

26 Noyabr 2020 13:45 (UTC+04:00)

Bir sıra nüfuzlu dünya xəbər portalları – Türkiyənin “Alternatiftarih”, Misirin “Əl-Vəsilə Nyus”, “Asya əl-Yaum”, “Nile-Nyus”, İraqın “İraq-Nyus”, Birləşmiş Ərəb Əmirliklərinin “Səda onlayn”, Fələstinin “Bayader”, Küveytin “8-press”, Çinin “Alharir.info”, Ukraynanın “Kievinform”, İspaniyanın “Turaz.es” Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Xankəndi necə Stepanakert oldu” sənədli videoçarxının yayınına başlayıb.

Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, sənədli arxiv materialları əsasında hazırlanmış videoçarx Xankəndinin qədim tarixindən, Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim şəhəri olan Xankəndidə və ətraf ərazilərdə apardıqları məkrli erməniləşdirilmə siyasətindən, yerli əhaliyə qarşı amansız təqib və vəhşiliklərindən bəhs edir.