Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı məktəbli dostlarının hazırladığı vətənpərvərlik mövzusuna həsr edilmiş videoçarxları virtual izləyicilərə təqdim edib. İdarədən SİA-ya bildirilib ki, videoçarxlar kitabxananın “Facebook” və “Instagram” səhifələrində yayımlanıb.
Uşaqların vətənpərvərlik mövzusunda söylədikləri şeirlər izləyicilər tərəfindən maraqla qarşılanıb. Hər bir uşağın sevə-sevə söylədiyi şeirlərdə vətən sevgisini, qələbə sevincini duymaq olur. Gələcəyimiz olan bu uşaqların dilindən eşitdiyimiz şeirləri dinlədikcə bir daha əmin oluruq ki, Azərbaycanımızın gələcəyi parlaqdır.