Ağdaşda yanğın baş verib

26 Noyabr 2020 12:30 (UTC+04:00)

Ağdaş rayonunun Mürsəl kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli evin dam örtüyünün taxta atmaları 15 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.