Fransa o ölkədir ki, öz vətəndaşlarının aksiyalarını atlarla, ən müxtəlif kəskin üsullarla dağıdaraq insanların ölümünə və ağır yaralanmasına səbəb olub. Buna görə də, bu ölkədən hər hansı bir ədalət, demokratiya gözləmək mənasızdır. SİA xəbər verir ki, Fəzail Ağamlı bunu Milli Məclisin bu gün keçirilən iclasında iclasında Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə təklifinə etiraz bəyanatının müzakirəsi zaman deyib.
F.Ağamalı bildirib ki, Azərbaycan Fransa ilə əlaqələrinə ciddi korrektələr etməlidir: “Səfirimiz geri çağırılmalıdır. Eyni zamanda senat ilə bizim Parlament arasındakı münasibətlər, ticari-iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Fransa birmənalı şəkildə ATƏT-in Minsk Qrupundan getməlidir. Çünki Fransa bu cür qərəzli münsaibət ilə ATƏT-in Minsk Qrupunda fəaliyyət göstərə bilməz”.