Yenidən ata olacaq FOTOLAR

26 Noyabr 2020 11:30 (UTC+04:00)

Türkiyəli aktyor Tolqahan Sayışman yenidən ata olacaq. SİA-nın məlumatına görə, bu haqda aktyorun özü xəbər verib. Belə ki, o, sosial media səhifəsində həyat yoldaşı Almeda Abazi ilə fotosunu yayımlayıb və qızının olacağını açıqlayıb.

T.Sayışman şəkillərinə “Ən möhtəşəm hədiyyə, ən xoşbəxt an. Bundan daha çox xoşbəxt ola bilməzdim” sözlərini yazıb.

Qeyd edək ki, cütlüyün Efehan adlı bir oğlu da var.