UEFA tərəfindən Ukrayna millisinə texniki məğlubiyyət verilib

26 Noyabr 2020 05:13 (UTC+04:00)

Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə - Ukrayna oyunu ilə bağlı qərar verilib.

SİA xəbər verir ki, UEFA qonaq komandaya texniki məğlubiyyət verib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Beləliklə, 4-cü qrupda sonuncu pilləyə düşən Andrey Şevçenkonun komandası A Liqasını tərk edib.

Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxmasına görə baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.