Braziliya Milli Mülki Aviasiya Agentliyi "Boeing 737-8 MAX" modelinin uçuşlarını bərpa etdirib

26 Noyabr 2020 06:30 (UTC+04:00)
Braziliya Milli Mülki Aviasiya Agentliyi (ANAC) iki qəzadan sonra istifadəsi təxminən il yarım əvvəl dayandırılan "Boeing 737-8 MAX" modelinin uçuşlarını bərpa etməyə icazə verdi. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə aviatənzimləyicisinin məlumatında ​​deyilir. ""Agentlik ABŞ-ın Federal aviasiya idarəsinin təhlükəsizlik məsələsini həll etmək üçün lazım olan bütün texniki və tənzimləyici elementlərin tətbiq olunduğu qiymətləndirilməsi ilə razılaşdı və 20 Noyabrda verilən uçuşa uyğunluq direktivini qəbul etdi" - məlumatda deyilir. Bildirilir ki, hazırda ölkənin yalnız "Gol" aviadaşıyıcısı bu təyyarələrdən istifadə edir.