Bu gün Moskvada koronavirus infeksiyası aşkarlanmış daha 73 xəstə dünyasını dəyişib

26 Noyabr 2020 04:25 (UTC+04:00)
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 73 nəfər ölüb. SİA-nın məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər. Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 73 xəstə dünyasını dəyişib". Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 603 nəfərə çatıb.