Qətər əmiri Türkiyəyə səfər edəcək

26 Noyabr 2020 00:52 (UTC+04:00)

Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani Türkiyəyə səfər edəcək. Trend –in məlumatına görə, bu gün baş tutulacaq səfər əsnasında Türkiyə Qətər arasında ikitərəfli əlaqələrin möhkəmlənməsi ilə yanaşı , regional məsələlər müzakirə olunacaq.

Bununla yanaşı Doha və Ankara arasında ticarət həcminin artırılması Prezident Rəcəb Tayyib Ərdoğan və Al Tani a arasında müzakirə olunacaq.

Məlumat üçün bildirək ki , 2020-ci ilin səkkiz ayında Qərər və Türkiyə arasında ticarət dövriyyəsi 842 milyon ABŞ dolları təşkil edib.