Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısında Azərbaycanla bağlı müzakirə keçirilib

25 Noyabr 2020 22:55 (UTC+04:00)

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

SİA xəbər verir ki, 4 saat yarım davam edən toplantından sonra yayılan açıqlamada bildirilib ki, 8 bənd üzrə müzakirə olunan məsələlər arasında Qarabağla bağlı son hadisələrə də yer verilib: “Bu çərçivədə imzalanan atəşkəs razılaşmasının həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpası, Cənubi Qafqazda , geopolitik vəziyyət, daimi sülhə nail olunması məsələlərində Türkiyənin rolu barədə geniş müzakirələr aparılıb”.

İclasın yekunu ilə bağlı yayılan açıqlamada , Azərbaycanın vətən torpaqlarını geri almasından məmnuniyyət ifadə edilib və bildirilib ki, Ankara Cənubi Qafqazda sülh və sabitlik naminə səylərini davam etdirəcək.

İmzalanan məlum atəşkəs anlaşmasının həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün qorunması və Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təsis edilməsinə Türkiyənin göstərəcəyi səylərin önəmli vurğulanıb.