Pele: “Maradona ilə göylərdə yenidən futbol oynayacağıq”

25 Noyabr 2020 21:49 (UTC+04:00)
Futbol kralı Pele əfsanəvi Dieqo Maradonanın ölümünə münasibət bildirib. SİA xəbər verir ki, braziliyalı veteran futbol tarixinin ən yaxşı oyunçusu adına şəriki sayılan argentinalının ölümünə üzüldüyünü açıqlayıb. Pele Maradona ilə yenidən qarşılaşacağını qeyd edib: "Dostları belə itirmək kədərlidir. Bir dəfə onunla göylərdə yenidən futbol oynayacağıq".