Maradonanın ölümü ilə əlaqədar Argentinada üç günlük matəm elan olunub

25 Noyabr 2020 21:20 (UTC+04:00)

Argentinada üç günlük milli matəm elan olunub.

SİA xəbər verir ki, bu barədə qərarı Argentina hökuməti verib.

Buna səbəb dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümüdür. Argentina millisi, “Napoli” və “Barselona” kimi bir sıra klublarda oynamış əfsanə bu gün 60 yaşında ürək dayanmasından vəfat edib.

Qeyd edək ki, “Ximnasiya və Esqrima”nı çalışdıran Maradona noyabrın 3-də yerləşdirildiyi xəstəxanada əməliyyat olunduqdan sonra ayın 11-də buraxılıb. Xəstəxanadan sonra onu alkoqoldan asılılıqdan müalicə klinikasına yerləşdiriblər.