Xidməti pasportu bu şəxslər ala bilməyəcək - DƏYİŞİKLİK

25 Noyabr 2020 19:15 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

SİA-nın məlumatına görə, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.3-cü bəndindən “, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin” sözləri çıxarılır.