Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb

25 Noyabr 2020 18:36 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında qanunu təsdiq edib. SİA-nın məlumatına görə, qanunla Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır.